Bakı zooparkında heyvanlar aləminə səyahət
Bakı Heyvanat Parkının əsası 90 il əvvəl qoyulub. Zooparkın sahəsi 4 hektardan artıqdır. Burada 159 növə aid 1400–dən çox heyvan var. Onların arasında Azərbaycan ərazisində rast gəlinməyən, adları “Qırmızı Kitab”a düşmüş heyvanları da görmək olar: pələng, yaquar, leopard, Afrika aslanları, ilan, Dağıstan turu.