Şeirlər

Rəsul Rza. Qələm

Başını dik tutdu qələm, 
dayandı məğrur. 
Nə bir kəlmə söz düşdü kağıza, 
nə bir cümlə yarandı, 
nə doğdu bir fikir. 
Birdən hər şey dəyişdi. 
Ağ kağıza düzüldü kəlmələr. 
Nələr yarandı, nələr. 
Bəli, birdən hər şey dəyişdi. 
Baxdım: 
qələm başını əymişdi.