Asim Yadigar. Müğənni qurbağalar
Gördüm göl qırağında
Qurbağalar oxuyur.
Нər yanı bürüyübdür
Yenə səsləri: qur, qur...
Dedim: - ay ata, bir bax,
Oxuyur qurbağalar.
Onları da bizim tək
Yoxsa xor dərnəyi var?!
Daş atdım, özlərini
Bir-bir suya atdılar.
Dedim: - konsert qurtardı,
Qurbağalar yatdılar.