Şeirlər

Elman Həbib. Tülkünün yuxusu

Dözənməyib soyuğa,
Tülkü girdi oyuğa.
Yuxusunda gördü ki,
Qonaq olub toyuğa.


Toyuq öpüb tülkünü
Unutmaz o bu günü.
Başma çəkib yatır,
Ağır ayı kürkünü.


Toyuq da qaqqıldayır,
Tülkünü qıdıqlayır.
Tülkü uğunub gedir,
Əcəbcə vaqqıldayır.
Bu ocağın alovu,
Yoxdu evin qırovu,

Toyuq gəlir naz іlə
Əldə cücə - plovu.

Tülkü cücəni yeyir,
Toyuq düyü dənləyir.
Tülkünün kefi kökdür

Onu öpmək istəyir.

O toyuğu aldadır,
Deyir dilin bal dadır.
Boğazlayır toyuğu
Toyuq yaman dardadır.

Tülkü qışqırıb durur,
Ağzında quyruğudur.
Sızıldayır quyruğu
Yamanlayır toyuğu.