Atalar sözləri

Atalar sözləri

Adamı qılınc öldürməz, tənəli söz öldürər.


Adamı söz, kababı köz yandırar.


Adamı tanıyan qurd yesin.


Adamın adı çıxınca canı çıxsa yaxşıdır.


Adamın axır günü gərək xoş olsun.


Adamın ayağından çəkən çox olar.

 

Fayda zərərin qardaşıdır.


Faydasız qohumdan faydalı yad yaxşıdır.


Fəqir əlinə baxırsa, sən cibinə bax.


Fəqirə axmaq deyərlər, kasıba gic.


Fəqirin cibi boş, qəlbi doludur.


Fələk bağlar, fələk açar.

Laylayı bilirsən, niyə yatmırsan?


Lazımlı yerə sərf eləmir, lazımsız yerə su kimi axıdır.


Leş görəndə qarğa quzğuna dönər.

 

Malın tapıldı, üzün qara oldu.


Malın yeməzin malını yeyərlər.


Malını bəylər apardı, camalına nə oldu?!


Malını itlər yeyər, canını bitlər.


Malını yaxşı saxla, qonşunu oğru tutma.