Atalar sözləri

Atalar sözləri

Haqdan keçmək olmaz.


Haqq batil olmaz.


Haqq daşı ağır olar.


Haqq doğrunun yarıdır.


Haqq əli bekar qalmaz; gec kəsər, karlı kəsər.


Haqq gəlsin, nahaqq gəlməsin.


Haqq iş gündən aydın olar.


Haqq işin nahaqqından qorxuram.


Haqq nazilər, üzülməz.


Haqq söz açı olar.

Paxıl olmasan dərdin olmaz.


Palaza bürün, el ilə sürün.


Palan–palan, mənə də palan?!


Palçığa batan arabanı öküz çıxardar.


Pambıq satan ağ itdən qorxar.

Çaya çatmamış çarığını çıxarma.


Çayın daşı, çölün quşu.


Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz.


Çəkişməsən bərkiməzsən.


Çətinliyə düşməyən rahatlığın qədrini bilməz.