Görkəmli şəxsiyyətlər

Teofrast

Məşhur qədim yunan alimi, təbiətşünas, botanikanın yaradıcılarından biri, filosof - Teofrast e.ə. 371-ci ildə Erez şəhərində anadan olmuşdur. Teofrast yunan alimi Arsitotel ilə birlikdə botanika elminin baniləri sayılır. E.ə. 4–3-cü əsrlərdə yaşamış filosof Teofrast 10 cildlik "Bitkilərin təbii tarixi" adlı əsərində 450 növ bitkini təsvir etmiş və onların təsnifatını vermişdir.

 

Bitkilərin təsviri və hesaba alınması, yəni bitki sistematikası ilə e.ə. 2-3-cü minilliklərdə Qədim Çin, Hindistan və Misir alimləri məşğul olmuşlar. Qədim yunan alimləri bitki aləminin ilk təsnifatını verməklə, bitki sistematikası elminin başlanğıcını qoymuşlar.

 

Teofrast, əvvəlcə Platon Akademiyasının, alimin ölümündən sonra Aristotel Liseyinin tələbəsi oldu. Tarixi mənbələr Teofrastın ağıllı, hərtərəfli bir insan olduğunu, ən yaxşı mənəvi keyfiyyətlərin - insanlıq, xeyirxahlıq, məsuliyyətlilik sahibi olduğunu göstərir.

 

Alimi doğulduqda Tirtam adlandırsalar da, Aristotel, əfsanədə deyildiyi kimi, ona "ilahi nitq sahibi", mənasını verən Teofrast ləqəbini verdi. Əfsanənin nə qədər doğru olduğunu müəyyən etmək çətindir, lakin Teofrastın həqiqətən də əla bir natiq olduğu məlumdur. Aristotel bütün əlyazmalarını, yığılmış kitabxanasını miras olaraq Teofrasta qoyur və ona görə də müəllimi vəfat edəndə peripatetika məktəbinə rəhbərlik edən Teofrast olur.

 

Teofrastın 227 əsərin müəllifi olduğu güman edilir. Əksəriyyəti, bizim dövrümüzə qədər gəlib çatmamışdır, qalanlar isə zamanın dağıdıcı təsirinə məruz qalmış təkrar bərpa olunmuşdur.

 

Alimin botanika üzrə iki böyük əsəri bizim dövrümüzə qədər gəlib çatmışdır. 9 kitabdan ibarət olan “Bitkilərin Təbii Tarixi” adlı birinci əsəri, bitkilərin sistematikası, anatomiyası və morfologiyasından bəhs edir.

 

6 kitabdan ibarət olan ikinci əsər isə "Bitkilərin həyati hadisələri" adlanır.

 

Bütün bu nəşrlər günümüzə çatmamışdır. Teofrastın “Ritorika” dərsliyi, eləcə də muxtəlif insan tiplərini təhlil etdiyi "Xasiyyətlər" kitabları da məlumdur. Lakin bu nəşrlər bizim dövrümüzə qədər gəlib çatmamışdır.