Nağıllar, hekayələr

Su pərisi əfsanəsi

Uca Tanrı yeri, göyü, dənizləri, çayları, okeanları, dağları, bir sözlə hər şeyi yaratdı. Otlaqları, münbit torpaqları, zümrüd meşələri də o yaratdı... Bu meşələrə gözəllik gətirən quşları, heyvanları da Tanrı yaratdı. Çayları da balıqsız etmədi.


Dənizlərdə delfinləri, köpəkbalığını, qızıl balığı, nərə balığını da saysız-hesabsız yaratdı. Bu canlılar dənizlərə gözəllik verir. Onlar dənizlərdə, göllərdə, çaylarda, okeanlarda özlərini xoşbəxt hiss edirlər. Mavi dalğalı sular onların məskənidir. Balıqlar qorxu hissi keçirəndə və erkək balığlar dişi balıqları cəlb etmək istədikdə rənglərini dəyişə də bilirlər. Balıqlar qəlsəmələri vasitəsi ilə nəfəs alaraq oksigen qəbul edirlər. Balıqlar təqribən 500 milyon il bundan əvvəl mövcud olublar, suda yaşayan qədim çanlılardır. Su aləmində təqribən iyirmi iki min balıq növü var və bunların altmış faizi dənizlərdə və okeanlarda yaşayır.


Dənizlərin lap dərinliklərində su pəriləri yaşayır. Bütün balıqların şahzadəsi su pərisi çox gözəl olur. Dəriləri rəngarəng, saçları isə parlaq və uzun olur. Balıqlar dənizin üzünə çıxır və orada gördükləri barədə şahzadələri su pərisinə xəbər verirlər.


Gecədən xeyli keçmişdi... Şahzadə su pərisi dənizin üzünə çıxıb həsrətlə sahilə baxırdı. Elə bu anda sahilə bir oğlan yaxınlaşır. O, hönkür-hönkür ağlayırdı. Sakitləşə bilmirdi. Oğlan qəfildən sərtlə özünü dalğalar üzərinə atır. Amansız dalğalar onu burula-burula dənizin dibinə çəkdi.


Su pərisi tez özünü dənizin dərinliklərinə atdı ki, oğlanı xilas edə bilsin. Dənizlərin şahzadəsi su pərisi cavan oğlanı xilas edib, sahilə sarı üzdü. Onu sahilə çıxarıb bir çaydaşının üstünə qoydu. Sehirli su pərisi oğlanın sinəsindən basırdı ki, udduğu suları onun qarnından boşaltsın. Oğlan huşunu itirmişdi. Səsi çox çətin eşidilirdi. Sehirli su pərisi oğlanın nə demək istədiyini eşitmək istəyirdi. Oğlan elə hey Sənəm deyirdi. Bir də bu sözləri təkrarlayırdı:


– Məni tərk etmə! Səni çox lap çox sevirəm...


Su pərisi hər şeyi anladı. Səhərə yaxın oğlan özünə gəlməyə başladı. O, gözü gah açılır, gah da bağlayırdı. Ona elə gəlirdi ki, bu gözəl mələk başının üstündə durub onu seyr edir.


Oğlan su pərisinin üzünə gülür. Onu Sənəmi bilirdi. Sehirli pəri oğlanın ayılmasını görüb tez özünü dənizə atdı.


Özünə gələn oğlan heçnə anlaya bilmir. Onun köynəyinin üzəri balıq pulcuqları ilə dolu idi. O necə xilas olduğunu başa düşmədi.


Balıqçılar sahilə yaxınlaşanda halsız halda uzanan oğlanı gördülər. Ona kömək edib, su içirtdilər, yemək verib ayıltdılar. Balıqçılar oğlandan onun necə xilas olduğunu soruşdular. Oğlan çaşqın halda onlara baxıb nə deyəcəyini bilmirdi.


Yaşlı balıqçı dedi:


– Dünən hava çox soyuq idi. Deyilənə görə dənizdə tufan qopmuşdu.


Gənc balıqçı isə əlavə etdi:


– Hə, deyirlər bu gənc də batmışdı.


Oğlan dilləndi:


– Dünən mən dənizə getmişdim. Dalğalar elə qəzəblə sahilə çırpılırdı ki... Mən ağladığımdan öz halımda idim. Bir onu xatırlayıram ki, özümü dənizə təslim etdim. Sonrasın isə xatırlamıram...


Balıqçılar təəccüb içində idilər. Gənc balıqçı dedi:


– Deyəsən səni elə dənizin şahzadəsi sehirli su pərisi xilas edib. Başqa cür sən xilas ola bilməzdin.


Oğlan bu sözün doğru olmadığını düşündü. Evinə yollandı.


Gecədən xeyli keçdikdən sonra yenə də sehirli pəri dənizin üzünə çıxdı. Balıqlar onun ətrafında bir dövrə alıb elə bil rəqs edirdilər.


Gənc oğlan rahatlıq tapa bilmirdi. Öz-özünə suallar verir, amma cavab tapa bilmirdi. Artıq o gözəl qızın üzünü xatırlamağa başladı.


Köynəyindəki pulcuqları... İnanmaq istəməsə də, əlacı yox idi. Bir gün qəti qərara alır.


Gecədən xeyli keçdikdən sora oğlan dənizə gedir və çay- daşının arxasında gizlənir. Birdə görür ki, dəniz par-par parıldayır. Bəli dənizin üzünə üzü, qolları insana bənzər bədəni isə balıq su pərisi çıxır.


Onun üzü şölə kimi saçır. İlahi elə gözəl idi ki... Gənc oğlan gözünü çəkə bilmirdi. Oğlan səhərə yaxın gördüyü gözəli xatırlamağa başladı. İndi başa düşür ki, onu sehirli su pərisi qurtarıb. Amma o, su pərisini qorxutmaq istəmir. Elə onun gözəlliyinə tamaşa edirdi.


Beləcə günlər, həftələr, aylar keçir. Gənc oğlan sehirli pəriyə aşiq olur. Su pərisi isə elə hey o gənci xatırlayırdı. Bir gecə gənc özünü saxlaya bilmir. Asta-asta su pərisinə yaxınlaşır. Gəlib qarşısında dayanır. Su pərisi qorxub, dənizə atlamaq istədikdə, gənc onun qarşısını kəsir:


– Qaçma məndən! Bilirsən ki, mən üzə bilmirəm. Bir dəfə məni xilas etdin. Yaşatdın məni... Halbuki, sevdiyim qız məni tərk etmişdi. Həyat onsuz mənə mənasız idi. Yenidən məni həyata qaytardın və anladım ki, o qıza dəyməzmiş etdiyim fədakarlıq.


Hər gecə sahilə gəlib səni axtardım, izləyirdim. Səni taparkən, sən indi itirmə məni!


Su pərisi dilləndi:


– Ey gənc, mən dənizlər şahzadəsiyəm. Sehirli pəriyəm. Mən dənizin dibində yaşayıram. Amma sən isə yer üzündə yaşayırsan. Mən səni xilas etdim, təkrar yer üzünə qaytardım. Sən mənimlə dənizin dibinə enmək istəyirsən?


Gənc su pərisinə baxıb dedi:


– Əgər səninlə o həyatı yaşamaq üçün mən bu fədakarlığı etsəm sən nə edərsən?


Bu anda göydəki ulduzlar yerə endi. Ulduzların içərisində su pərisi üç dəfə dövrə vurdu. Dənizdəki bütün balıqlar dənizin üzünə çıxdı. Ay aləmi işıqlandırırdı. Sehirli su pərisi bir anda gözəl bir qıza çevrildi.


Gənc oğlan çaşıb qalmışdı... Bu nə sirr idi?


Gözəl pəri oğlana yaxınlaşdı və dedi:


– Dənizin şahı mənim atam demişdi ki, bir gün insan övladı səni sevərsə, sevgisi uğrunda fədakarlıq edərsə... Onda möcüzə baş verəcək! Sən insana çevriləcəksən.


Bu an bu möcüzə baş verdi. Həqiqətən sevgidən doğan möcüzə əbədidir!


Gənc oğlan sərhədsiz xoşbəxt idi...


O, arzularının, xəyallarının sehirli pərisini tapmışdı.


Qoy onların sevgisi ulduzların ömrü qədər yox, ucsuz-bucaqsız dənizlər qədər, aydın səma qədər əbədi olsun.


Sonda hamıya həyatda öz sehirli pərisini tapmağa arzu edək... özüdə əbədi...