Təbiət

Ağ susüpürən

Ağ susüpürən dünyanın müxtəlif yerlərində rast gəlinən, qağayı ailəsinə mənsub dəniz quşlarıdır. Qırxdan çox növü var. Ən çox Havay adalarının ətrafı və  Sakit okean bəzi adalarında yaşayır. 

 

Ağ susüpürənin (Gygis alba) tükü göz qamaşdırıcı ağ rəngdədir. Yalnız qara (dibində tünd mavisi olan) dimdiyi və tünd mavi gözləri kəskin şəkildə fərqlənir. Bu quşun uzunluğu 35 sm-dən çox deyil, ancaq qanadlarının uzunluğu 2 qat daha böyükdür, 70-75 sm arasında ola bilər. Quyruğu qağayılarda olduğu kimi iki hissəlidir. 


Bu quşlar ornitoloqlara çoxdan tanışdırlar, yüz illərdir insanların yanında yaşayırlar: balıqçı gəmilərini müşayiət edir və hündürlükdən balıq torlarını seyr edirlər. Bu quşları dəniz qaranquşları da adlandırırlar.


Bu quşun uçuşunu izləmək çox maraqlıdır, elə bil günəş şüalarında parlayır - yüngül, çox zərif, mistik bir rəqsə bənzəyir.

Susüpürən gününün çox hissəsini qida axtarışı üçün dəniz səthinin üzərində uçmaqla keçirir. Ancaq günəş üfüqün altına batmağa başlayan kimi quşlar sahilə qaçır və orada ağaclar və ya qayalar üstündə otururlar. Toplu şəkildə yaşamağı üstün tuturlar.


Ağ susüpürəni məşhurlaşdıran xüsusiyyəti heç vaxt yuva qurmamasıdır. Bəzi elm adamları bu qeyri-adi davranışın laqeydlikdən çox zərurət səbəbi olduğuna inanırlar: yumurtanı həddindən artıq istidən qorumaq istəyindən (tropik iqlimdə yaşadığına görə). Dişi quş 1 yumurta yumurtlayır. Əsasən daşlardakı çökəkliklərin üstünə, qayanın kənarına, ağac budağına, hətta okean sahilə belə yumurta qoyur.


Orta hesabla, ağ susüpürən təxminən 30 il yaşayır. Ancaq çox sayda düşmənləri olduğu səbəbindən bu ailədən olan fərdlərin çoxu yetkinlik yaşına kimi sağ qalmır.