Qarabağ

Xocalı türbəsi

XIV əsrə aid abidələrdən biri də, Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı abidəsidir. 


Abidə Xocalı kurqanları yerləşən qədim məzarlıqdadır. Qarabağın qülləvari türbələr qrupuna daxil olan bu türbə yerli daşla tikilib üzəri yaxşı cilalanmış plitələrlə üzlənmişdi. Abidə portalının qabarıq və sadə formalı oyma ornamentləri onu qonşu ərazilərdə olan abidələrdən fərqləndirən cəhət idi. 


Lakin, hələ Sovet dövründə Qarabağın digər abidələri kimi bu abidənin də üzlük daşlarını ermənilər qaşıyıb tökmüş və onun xarici görünüşünü qeyri-adi şəkilə salmışdı. Ancaq yaxşı deyiblər ki, “Gözəl memarlığın xarabalığı da gözəldir”. Xocalı türbəsi də belə görünüşü ilə qədim tarixə malik olan memarlığımızı layiqincə yaşadır.