Mədəni irsimiz

Muğamların növləri

Yeddi əsas Azərbaycan klassik muğamı bunlardır: “Rast”, “Şur“, «Segah», “Çahargah“, “Bayatı-Şiraz“, “Şüştər“, “Hümayun“. Üzeyir Hacıbəyli muğamların aşıladığı əhvali-ruhiyyəni belə səciyyələndirir:

 

Azərbaycan klassik muğamları ifa xüsusiyyətlərinə görə : instrumental və vokal-instrumental muğamlara bölünür. Bu muğamların oxşar və fərqli cəhətləri vardır.

 

OXŞAR CƏHƏTLƏRİ
1. Şöbələrin adı eynidir.
2. Şöbələr eyni musiqi intonasiyalarından ibarətdir.
3. Musiqinin inkişafı eynidir.
4. İfa olunan muğamların adı eynidir.

 


FƏRQLİ CƏHƏTLƏRİ
1. Muğamı xanəndə oxuyur, onu tar və kamança müşayiət edir.
2. Muğam şöbələri oxunarkən qəzəllərdən istifadə edilir.
3. Böyük şöbələr arasında təsniflər oxunur.
4. Kiçik şöbələr arasında rəqs xarakterli diringələr, rənglər çalınır.


“Rast” muğamının “Bərdaşt” şöbəsini əvvəlcə tarın (kamançanın), sonra isə xanəndə və musiqiçilərin ifasında dinləyək.

 

«Bərdaşt» «Rast» muğamının giriş hissəsidir. Bu musiqi parçası təntənəli xarakterlidir. «Rast» simfonik muğamını görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazi 1949-cu ildə yazmışdır.