Bu maraqlıdır!

İlğım necə yaranır?

Yayda günəşin od saçdığı isti havada şosedə gedərkən uzaqda  səmanı əks etdirən gölməçələr görmək olar. Əslində isə heç bir gölməçə yoxdur: bu yalnız göz yanılmasıdır, ilğımdır!

 

Göldə suyun üzü işıq şüalarını əks etdirir və sahilboyu yaşıllıq təsviri yaradır. Hava təbəqəsi də işıq şüalarını əks etdirə və çox uzaqda olan mənzərənin baş-ayaq  təsvirini yarada bilər. Bu, isti havada baş verir: qızmış hava yuxarı qalxır və orada soyuq hava qatı ilə təmasa girir. Təmas səthi  susuz səhrada çox uzaqlardakı oazisin gözoxşayan mənzərəsini  güzgü kimi əks etdirir. Şosedə də  eynilə,  səma əslində mövcud olmayan gölməçələrdə əks olunur.