Təbiət

Vəhşi pişik Manul

Manul (lat. Otocolobus manul) — pişiklər fəsiləsinə aid, adı Qırmızı Kitaba düşən, nəsli kəsilməkdə olan yırtıcı məməli heyvandır.


Bu heyvan ölçüsünə görə vəhşi pişiklər üçün olduqca kiçikdir - təxminən ev pişiyi ölçüsündədir. Bədəninin uzunluğu 50-62 sm, quyruğunun uzunluğu isə 30 sm çatır, çəkisi 2,5 - 4 kq arasındadır. Ölçüləri ev pişiyi boyda olsa da, görkəmcə ondan xeyli fərqlənir. Onun qolları daha qısa, bədəni daha massiv, xəzi isə sıx və uzundur. Enli və yastı başının üzərində kiçik qulaqları bir-birindən aralı şəkildə yerləşmişdir, bəzən tükün içində gizlənmiş olur. Gözlərinin qırağından sifətinin kənarı ilə uzun tüklər (baklar) nəzərə çarpır. Məhz bu xüsusiyyətinə görə, bu pişiyə “narazı pişik” deyilir. Manul pişiyi tüklü xəzinə görə olduqca iri və ağır görünür. Xəzi bəzən tutqun çirkli-sarı-boz, bəzən isə qırmızımtıl-sarı rəngdə olur.


Orta və Mərkəzi Asiya, Cənubi Qafqaz və Qərbi İrandan başlayaraq, Baykal ətrafı, Monqolustan və şimal-qərbi Çinə qədər ərzaidə məskunlaşıblar. Azərbaycanda, yalnız Naxçıvanda rast gəlinməsi barədə 3-4 fakt var. Aparılan tədqiqatlara əsasən, kəskin kontinental iqlim şəraiti, qışda aşağı temperaturu və nazik qar örtüyü olan ərazilərdə yayılmışdır. Bozqır və yarımsəhra ərazilərdə, hündür dağ qayalıqlarında rast gəlinir. Yuvasını qaya yarıqlarında, kolluqlarda, köhnə porsuq yuvalarında qurur. Qidasını, əsasən siçanabənzər gəmiricilər, quşlar təşkil edir. Hərəkətləri ləngdir, təqib zamanı gizlənməklə və hündür yerlərə dırmaşmaqla canını qurtarır. Fevral-mart aylarında cütləşir, 60 gün boğazlıq dövründən sonra 2-6 gözləri yumulu bala dünyaya gətirir. 10 aylıqda balalar yetkinliyə çatırlar. Nadir fərdləri Naxçıvanda tapılır. Çöllərdə və səhralarda, çox vaxt daşlı yaylalarda, 3000m ucalığa qalxaraq, orada məskan salır. Boş yuvalarda da yaşaya bilər. Əsasən gecə və alaqaranlıq vaxtı ova çıxır. Gəmiricilərlə, quşlarla və kərtənkələlərlə qidalanır. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilib.


Manul pişiyi təxminən 10-12 milyon il əvvəl Yer üzündə ayrı bir növ olaraq ortaya çıxmışdır. Xüsusi təkamül dəyişiklikləri yaşamadan yaşaya bilən qılınc dişli pələngin çağdaşıdır. Ancaq insanlar gizli həyat tərzi yaşayan Manul pişiyi haqqında çox az şey bilir. Felinoloqlar, Fars və Anqor pişiklərinin bu heyvanın birbaşa nəslindən olduqlarını fərz edirlər. Dəqiq sayı məlum deyildir. Çox nadir hallarda Naxçıvan MR-də rast gəlinir.


"Manul" sözü türk mənşəli olub tərcüməsi “çevik” deməkdir. Həm də heyvanın digər adı var - "Pallas pişiyi" dir. İlk dəfə 1776-cı ildə bu pişiyi təsvir edən, Alman təbiətşünas-alim P.S.Pallasın şərəfinə verilmişdir.

 

Alim, Xəzər dənizinin sahilində bir yırtıcı tapıb, ona Otocolobus manul adını vermişdir. Bu sözün Latın ifadəsi "çirkin qulaq" kimi tərcümə olunur.


"Pallas pişiyi" ev heyvanı deyil. Munil pişiyini mənzillərdə, evlərdə və hətta xüsusi korpuslarda saxlamaq mümkün deyil. Rusiya, Qazaxıstan, Qırğızıstan, Monqolustan və Çinin Qırmızı Kitablarına daxil edilmişdir. Rusiya Federasiyasında nəsli kəsilməkdə olan bir növ hesab olunur.


Təbiətdə Pallas pişiyi çox sakit davranır: demək olar ki, səs çıxarmır və daim otların arasında və ya daşların arasında gizlənir.