Gənc idmançılar marşı
Musiqi: Musa Mirzəyev
Söz: Hikmət Ziya
I
Polad kimi bədənimiz,
«Gənc idmançı» adımız var.
Qüvvətliyik, sağlamıq biz,
Sıramıza gəlin, dostlar.
Nəqərat:
Bizə yarış meydanıdır,
Düzlər, çaylar, gen üfüqlər.
Hər oyunda, hər yürüşdə,
Üzümüzə gülür zəfər.
II
Məşq edirik yorulmadan,
Bərkiyirik gündən-günə.
Yeni-yeni zəfərlərə,
Çatmaq üçün sabah yenə.