Bu maraqlıdır!

Sakit okean hövzəsinin "Alov Halqası" zonası

Sakit okean hövzəsində yerləşən "Alov Halqası" - vulkanik plitələr və laylar üzərində yerləşməsi səbəbi ilə seysmik fəallığa, yəni zəlzələlərə və vulkan püskürmələrinə meylli ərazidir. Halqa 452 aktiv və aktiv olmayan vulkandan ibarətdir (dünya vulkanlarının 75%-dən çoxunu təşkil edir) və həmçinin planetimizdəki zəlzələlərin 90%-nə məhz bu ərazidə baş verir.


Sakit okean vulkanik alov halqası - dağlar, vulkanlar və okean xəndəklərindən (Okean xəndəkləri tektonik plitələrin qovuşduğu okean qatındakı geniş çökəkliklərdir) ibarət bir qövsdür. Halqa Yeni Zelandiyadan Şimala doğru Asiyanın şərq hissəsi boyunca, sonra Aleut adalarından qərbə, Şimali və Cənubi Amerikanın qərb sahilləri boyunca uzanır.


Alov halqasının formalaşması


Alov halqası plitələrin tektonik fəallığı nəticəsində əmələ gəlib. Yerin səthindəki nəhəng tektonik plitələr tez-tez hərəkət edərək bir-biri ilə toqquşur, nəticədə bir plitə digərinin üstünə keçir. Sakit okean plitəsi kifayət qədər böyükdür və buna görə də bir çox böyük və kiçik quruda və ya suyun altında yerləşən plitələrlə həmsərhəddir (və ya qarşılıqlı əlaqədədir). Sakit okean plitəsi və onu əhatə edən tektonik plitələr arasındakı qarşılıqlı təsir çox böyük enerji yaradır və bu da öz növbəsində süxurları asanlıqla maqmaya əridir. Bu maqma daha sonra lava şəklində səthə qalxır və “vulkanlar” əmələ gətirir.


Alov halqasında yerləşən əsas vulkanlar


Aşağıda ən böyük və məşhur alov halqasının vulkanlarının siyahısı verilmişdir:


And dağ silsiləsi - uzunluğu təxminən 8900 km-dir. Cənubi Amerikanın qərb hissəsini əhatə edir. And dağları dünyanın ən uzun kontinental dağ silsiləsidir. And vulkanik qurşağı silsilənin daxilində yerləşir və Kotopaksi və Serro Asul kimi aktiv vulkanları əhatə edən dörd vulkanik zonaya bölünür. Burada həm də planetimizin ən hündür vulkanı olan – Oxos-del-Salado yerləşir.


Popokatepetl - Trans-Meksika vulkanik qurşağında yerləşən aktiv vulkandır. Mexiko şəhəri yaxınlığında yerləşən bu vulkan dünyanın ən təhlükəli vulkanı hesab olunur, çünki böyük püskürmə milyonlarla insanın ölümünə səbəb ola bilər.


Müqəddəs Yelena - Şimali Amerikanın qərbində uzunluğu 1300 km olan vulkanik dağ silsiləsi - Kaskad dağlarında yerləşir. Dağ silsiləsinə 13 böyük və 3000-ə yaxın digər kiçik vulkanlar daxildir. Müqəddəs Yelena vulkanının sonuncu böyük püskürməsi 1980-ci ildə baş vermişdir.


Aleut adaları - 14 böyük və 55 kiçik adadan ibarət Aleut adaları vulkanik fəaliyyət prosesində meydana çıxmışdır. Ən aktiv vulkanları: Klivlend, Okmok və Akutandır. Adaların yaxınlığında yerləşən dərin Aleut xəndəyinin maksimum dərinliyi 7679 metrdir.


Fudziyama – (qısa olaraq Fuji) vulkanı Tokiodan 90 kilometr cənubda Honsü adasında yerləşir. Hündürlüyü - 3776 m dir (Yaponiya ən yüksək nöqtəsi hesab olunur) . Hal-hazırda aktiv vulkan olsa belə aktivliyinə görə zəif hesab olunur, Çünki vulkanın son püskürmə tarixi 1707-1708 ildə baş verib. Vulkan Yaponiyanın ən hündür dağı və dünyada ən çox ziyarət edilən dağdır. Sonuncu dəfə 1707-ci ildə püskürən aktiv vulkandır.


Krakatau - İndoneziya ərazisində fəaliyyətdə olan vulkan, Malay arxipelaqına daxil olan Yava və Sumatra adaları arasında Zond boğazında yerləşir. Hazır ki vulkanın hündürlüyü 813 metrdir. 27 avqust 1883-cü ildə bu vulkanın kütləvi püskürməsi 36.000 insanın ölümünə səbəb oldu. Partlayışın səsi 4800 km-dən çox məsafədə eşidilib (müasir tarixdə ən yüksək səs hesab olunur). İndoneziya ada qövsü, həmçinin 1815-ci il aprelin 10-da püskürən və vulkanik fəaliyyət miqyasına görə 7 balla ölçülən, tarixdə ən böyük Tambor stratovulkanının da evidir.


Ruapehu - 2797 m yüksəkliyə malikdir və Yeni Zelandiyanın Şimal adasındakı ən yüksək dağ hesab olunur. Taupo vulkanik zonasının cənub hissəsində yerləşən Ruapehu Yeni Zelandiyanın ən aktiv vulkanıdır.


Beləliklə, dünyanın vulkanik fəaliyyətinin və zəlzələlərinin çoxuna cavabdeh olan Sakit Okean Vulkanik Alov Halqası unikal və təhlükəli bir ərazidir.