Təbiət

Zürafə necə yatır

Dünyanın ən nəhəng yerüstü heyvanları zürafələrdir. Onlar gecələr yalnız bir neçə dəqiqə ard-arda yatırlar. Ümumiyyətlə onlar bir gecədə 20 dəqiqədən artıq yatmırlar.

 

Yatan zürafə boynunu bükərək yerdə uzanır, başı bədəninin arxa hissəsinə söykənmiş olur. Zürafənin yerə uzanmağı cəmi 15-20 saniyə çəkir. O, ilk öncə sinəsini daha sonra qarnını endirir. Zürafə tez-tez yuxudan oyanır. Hətta elə olur ki, zürafə bir gecə ərzində 8 dəfə yuxudan oyanır. Onların əyilmədiyini düşündüyümüz boyunları çox yaxşı əyilir. Bunu gecə yatan zürafələrə cihazın köməyi ilə baxan alimlər görmüşdür. Onların alətləri qaranlıqda aydın görməyə imkan verir.

 

Zürafələr gah öz başlarını bədənlərinin arxa hissəsinə söykəyirlər, gah da yerə. Aydındır ki, 20 dəqiqə belə nəhəng heyvanlar üçün çox azdır. Ona görə onlar yuxularını gündüzlər qısa yatmaqla alırlar. Onlar bu zaman ayaq üstə yatırlar. Bəzən isə başlarını yıxılmamaq üçün ağacın 2 budağının arasına yerləşdirirlər. Ən böyük ürək və ən yüksək qan təzyiqi də bütün heyvanlar arasında zürafələrdədir.