Qurban olum
Musiqi: Əfsər Cavanşirov
Söz: Rasim Kərimli
I
Vətən, sənin torpağının
Qüdrətinə qurban olum.
Babəkinin, Koroğlunun
Qeyrətinə qurban olum!
Nəqərat:
Dəfinə var dənizində,
Hər dağında, hər düzündə,
Nəyin yoxdur yer üzündə?
Şöhrətinə qurban olum,
Tarix dolu, dünya dolu
Şöhrətinə qurban olum!
II
Aşıb-daşan sellərinin,
Nəğmə qoşan dillərinin,
Nur çeşməli çöllərinin
Hikmətinə qurban olum!
Nəqərat:
Dəfinə var dənizində,
Hər dağında, hər düzündə,
Nəyin yoxdur yer üzündə?
Şöhrətinə qurban olum,
Tarix dolu, dünya dolu
Şöhrətinə qurban olum!
III
Yaz arzulu, yaz diləkli,
Duz-çörəkli, düz çörəkli,
Mən deyərəm, dağ ürəkli
Millətimə qurban olum!
Nəqərat:
Dəfinə var dənizində,
Hər dağında, hər düzündə,
Nəyin yoxdur yer üzündə?
Şöhrətinə qurban olum,
Tarix dolu, dünya dolu
Şöhrətinə qurban olum!