Təbiət

Namib səhrası

Namib səhrası - dünyanın dördüncü ən böyük təbiət qoruğu olan Namib-Naukluft Mili Parkında yerləşən və 49,768 km² ərazini əhatə edən dünyanın ən qədim səhrasıdır. Namib adı Nama adlı Afrikanın yerli xalqının dillindən götürülüb, “heç bir şeyin mövücüd olmadığı yer” mənasını verir. Səhra, 2013-cü ildən UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edilib.

 

Səhra Afrikanın cənub-qərb sahilboyunda yerləşir, sahəsi 100 000 km² çoxdur. Anqoladan tutmuş CAR-a qədər və Atlantik okeanın sahili boyunca səhra 1900 km qədər uzanır. Səhranın formalaşmasında Bengel cərəyanın rolu böyükdür.

 

Okean tərəfdən səhra 50–160 km-lik məsafəyə qitənin içərilərinə gedir, cənubda Kalaxarinin cənub-qərb hissəsi ilə birləşir.

 

Namib səhrası ildə 1013 mm yağıntı ilə quru yer sayılır, və bir neçə sahilyanı şəhərləri istisna olmaqla, demək olar ki əhalisi yoxdur. Namib dünyanın ən qədim səhrası sayılır, səhra və yarımsəhra şəraiti burada artıq 80 milyon il boyu fasiləsiz olaraq mövcuddur, yəni o hələ dinozavrlar dövründə yaranıb. Bunun nəticəsində bir neçə endem bitki və heyvan növləri burada yaranıb.

 

Səhrada, volfram, uran (ikisidə filizlərə aid olunur) və almaz mədənlərinin mühüm yataqları tapılmışdır. Namibin sahillərini yuyan Atlantik okeanın sularının sualtı həyatı çox zəngindir. Səhranın sahilləri çoxsaylı suiti, dəniz quşları və hətta pinqvinləri cəlb edir. Pinqvinlər Afrikanın isti klimatına baxmayaraq boş sahillərdə və sahilyanı adalarda yuva qururlar.

 

Səhra sahil boyu zolağlar formasında uzanan üç coğrafi zonalara ayrılır:

 

Okeanın təsiri güclü hiss olunan çox dar sahil zolağı;

 

Səhranın qərb hissəsinin qalığını tutan Xarici Namib;

 

Səhranın ən kontinental hissəsində, şərqdə yerləşən Daxili Namib

 

Bu zonaların arasında geniş keçid əraziləri var.

 

Bura qitə yaylağının ətəyinin yanından, okean sahilindən şərq istiqamətdə təxminən 900 metr səviyyəsinə qədər yavaş-yavaş qalxır. Səhranın bəzi yerlərində sıldırım yamacları olan qayalı dağlar ucalır. Şimalda onların arasından bir neçə çay dik yarğanlı dərin dərələri yarır.

 

Cənubda yer səthinin böyük hissəsini qum örtür. Qumun rəngi sahilə yaxın ərazilərdə sarı-boz, səhranın daxili ərazilərində isə kərpici-qırmızı rəngdədi. Qum Narıncı çayın və digər çay axınların hərəkəti səsində əmələ gəlir.

Sahilə paralel şimal-şimal-qərbdən, cənub-cənub-şərqə qədər cərgə formasında qumlu dyunlar yayılıb. Bəzi dyunlar 10-20 kilometrədək uzunluğa və 60 metrdən 240 metrədək hündürlüyə malikdilər. Cərgə dyunların arasındaki çökəkliklər kiçik köndələn dyunlarla kəsişir. Səhranın ucqar cənubunda küləyin codlaşdırdığı qayalar yerləşir, onların üstündə bəzən barxanlar və aypara şəklində dyunlar yaranır. Səhranın şimal ərazisinin çox hissəsi çılpaq qayalıq yaylağlardan ibarətdir.

 

İqlimi: Sahil zonasında yağış demək olarki, heç vaxt yağmır, amma hava rütubəti həmişə çox yüksəkdi və demək olar ki, doyma səviyyəsindədi. Sahil boyunca cənubdan axan soyuq Benqel cərəyanı havanı soyudur və duman yaradır. Soyuq hava qitənin dərinliklərinə dəniz mehi daşıyır, təxminən 300 metr dərinliyinə temperatur inversiyasını yaradaraq, aşağı təbəqədə dumana, yuxarı təbəqədə isti və quru havanın yaranmasına səbəb olur. Bu yerlər üçün səciyyəvi olan qalın duman və sürətli axınlar gəmiçiliyi çətinləşdirir və səhra sahilləri yaxınlığında çoxsaylı gəmi qəzalarına gətirib çıxarır. Kunene çayın mənsənindən cənubda yerləşən Skelet Sahili xüsusilə təhlükəli sahə sayılır.

 

Su resursları: Su daxili kontinental yaylağdan səhraya axır. Səhrada yalnız iki bol sulu çaylar keçir: Kunene və Narıncı çayı. Qalan axınlar çox az və gec vaxtda səth suları ilə dolur (çox vaxt güclü leysan nəticəsində dolur). Namibin şimal hissəsində bu axınların ən böyükləri okeana çatır, amma cənubda Kuyseb və Narıncı çayın arasında onlar qum cərgələrin qarşısında yada onların arasındakı fasilələrdə ya şoranlarda yada Vley (afrik. vlei) palçıq çökəkliylərdə itirirlər. Su quma keçəndə və qum altında sukeçirməyən süxurları üzərində sərbəst axır, və ona görədə bəzi məcraların daimi yeraltı axınları var. Belə yeraltı suları sahilboyu şəhərlərin su təchizatı üçün istifadə edilir.

 

Torpağı: Namib səhrasının torpağı nə bərəktlidi, nə də bərəkətsizdi. Bəzi sahələr sürünən qumlarla örtülmüşdür. Burdaki torpaqlar bir qayda olaraq çox duzludular, ya gipsliyiblər, ya da üstü əhənglə möhkəm sementlənib. Başqa torpaqlar səth qabığı yaradırlar.

 

Flora və fauna: Səhra şəraiti burada 80 milyon ildir davamlı olaraq mövcuddur, yəni səhra hələ dinozavrların dövründə formalaşmışdır. Nəticədə burada bir neçə endemik bitki və heyvan növləri yaranmışdır, məsələn, bura üçün enemik olan, son dərəcə quru iqlimdə həyata uyğunlaşan və dünyanın heç bir yerində rast gəlinməyən qara böcəklər.

 

Ən heyrətamiz endemik bitkilərdən biri səhranın şimal hissəsində bitən qəribə yerli bitkilərdən biri olan Tumboa və ya Heyrətamiz Velviçiyadır. Velviçiya bütün ömrü boyu yavaş-yavaş böyüyən, 1000 il və ya daha çox davam edə bilən yalnız iki nəhəng yarpağdan ibarətdir. Yarpaqların uzanması 1000 və daha çox il davam edə bilər, lakin bununla belə yarpaqlar çox az 3 metrdən uzun olurlar , çünki külək onları nazik parçalara parçalayır və onları hörür. Yarpaqları 60-120 santimetr diametri olan böyük qırmızı konus formalı turpu xatırladan və yerdən 30 santimetr qalxan gövdəylə bitişir. Velviçiyanın kökü torpağa 3 metrə qədər dərinliyə gedir. Bitki son dərəcə quru şəraitdə yaşıya bilmək qabiliyyəti ilə tanınır, çünki o, əsas su mənbəyi kimi şehi və dumanı istifadə edir. Velviçiya - şimal Namib üçün endemik - Namibiyanın dövlət gerbində təsvir edilmişdir. 

 

Səhranı xarakterik yaşıllıq növlərinə görə altı təbii zonalara ayırmaq olar: Rütubətin çox hissəsini buluddan və şehdən alan sukkulent bitkilərdən ibarət olan sahil zonası; Yaşıllığa demək olarki, məhrum olan Namibin xarici zonaları; Namibin daxili vilayətlərin çöl zonası, hansıki il boyu bitkisiz qala bilər, lakin yağışlardan sonra qalın ot örtüklə örtülür; Namibin daxili dünləri, hansındaki, kol və ot yüksək müxtəlifliyi gözlənilmədən böyükdür; Böyük çayların vadiləri. Burada böyük ağaclar, xüsusilə akasiya bitə bilər;

 

Səhranın bir az daha rütubətli yerlərində Namibin başqa məşhur endemik bitkisi "Naraya"ya (Acanthosicyos horridus) rast gəlmək olar. Bitkinin toxumları səhrada bir çox heyvanlar üçün qida bazasını və su mənbəyini təşkil edir, bu bitkisiz onlar yaşıya bilməzlər. Endemik bitkilərdən biridə sukulent bitkilərə aid olan Aloe dichotoma, hündürlüyü 7 metrə qədər dəyişə bilir.

 

Namibin daxili zonalarında yerləşən çökəkliklər və qum təpələri bəzi antilop növlərinə - adi köpgəröküz, kisəli ceyran, dəvəquşularına və bəzən zebrlərə sığınacaq yeridir. Şimalda xüsusilə Atlantik okeana tökülən çayların vadilərində fillərə, kərgədanlara, şirlərə, kaftarlara, çaqqalara rast gəlmək olar.

 

Namibin xarici zonalarında yerləşən qum təpələri bəzi hörümçəklərə, ağcaqanadlara, digər həşəratlara (əsasən böcəklər və qarışqalar) və sürünənlərə (xüsüsi ilə gekkonlar və ilanlar) sahiblik edir. Məməlilər burada, demək olar ki, yoxdur. Benqal cərəyanın yaratdığı yüksələn axıntı nəticəsində dənizin sahilyanı balıqla doludur. O, buraya çoxlu miqdarda suitilərini özünə cəlb edir. Suitilərin yataq etdikləri yerlər əsasən Şperşbit və "Skelet Sahili" milli parkı daxilində yerləşir və oraya giriş ciddi şəkildə məhdudlaşdırılıb. Turistlər yataqları yalnız Keyp-Kross qoruq ərazisindən izləyə bilərlər. Suitləri bir qrup quru yırtıcıları üçün yemdi. Adalarda və sahil zonalarda dəniz quşları koloniya şəklində məskunlaşır: flaminqo, qutan, qarabatdaq. Lüderits buxtasının adalarının cənubunda xeyli sayda pinqvinlər olur.