Musiqi

Dəniz neftçilərinin mahnısı

Musiqi: Qara Qarayev
Söz: Mixail Svetlov

 

I
Mərdlikdən verir xəbər,
Səsi nəğməmizin. 
İrəli gedir Bakı, 
İrəli gedir Bakı, 
Qoynuna dənizin. 


Nəqərat: 

Bakı, sən ucalt neft buruqlarını, 
Bəzə hər yanı sərvətinlə. 
Hər bir bakılının vurur ürəyi, 
Sənin saf məhəbbətinlə. 

 


II 
Dalğalıdır hər tərəf, 
Görünmür neftdən iz. 
Biz onu su altından, 
Biz onu su altından, 
Taparıq şübhəsiz. 


Nəqərat: 
Bakı, sən ucalt neft buruqlarını, 
Bəzə hər yanı sərvətinlə. 
Hər bir bakılının vurur ürəyi, 
Sənin saf məhəbbətinlə.