Təbiət

Ruakana şəlaləsi

Ruakana şəlaləsi - Afrikanın su hövzələri sisteminin ən böyük və ən güclü şəlalələrindən biridir. Şəlalə Afrikanın Cənub-Qərb hissəsində, Anqola və Namibiya dövlət sərhədində yerləşir. Şəlalənin əsasını Namibiyanın şimalındakı Ruakana şəhəri yaxınlığından axan Kunene çayının suları təşkil edir.


Daşqın şəraitində çayın eni 700 m-ə çatır, su axınlarının düşməsinin hündürlüyü 124 m-dir. Təbiətin əzəmətli möcüzəsi “Ruakana şəlaləsi”, qayalardan üçbucaq şəklində ağ köpüklərə bürünərək aşağı doru sürətlə düşür. Təmiz sular çayla qovuşduqda yerli torpağın təsiri ilə çirkli qəhvəyi rəngə boyanır. 


Ruakana şəlaləsinin cinahları Afrika savannasının tropik iqlimində böyüyən kserofit, parlaq yaşıl kollardan və kiçik kollardan ibarətdir. 


Şəlalədə suyun həcmi, su səviyyəsi hava mövsümünə həssas olan "şıltaq" Kunene çayından çox asılıdır. Kunene çayının pik dolu olduğu dövrlərdə Ruakana şəlaləsi 700 metr və ya daha çox eninə uzana bilər, lakin Kunene çayının həcmi mövsümdən mövsümə dəyişir, buna görə də Ruakana şəlaləsinin ölçüsü çox dəyişir. 


Bir qayda olaraq, şəlalə tam gücü ilə yalnız yağışlı mövsümdə fəaliyyət göstərir, digər vaxtlarda isə güclü şəlalə bir neçə nazik axına çevrilir və ya hətta tamamilə quruyur - bu dövr hər ilin aprelindən dekabr ayına qədər davam edir.


Bundan əlavə, Ruakana şəlaləsinin təbii əzəməti indi insan fəaliyyəti səbəbindən təhlükə altındadır. Kunene çayı elektrik enerjisi istehsal etmək üçün istifadə olunur, məhz bu səbəbdən şəlalənin yuxarı axınında su elektrik bəndi tikilmişdir. O, təkcə elektrik enerjisi istehsal etmək üçün deyil, həm də su kanalları vasitəsilə tarlaların suvarılması üçün Anqolanın şimalını və Namibiyanın cənubunu su ilə təmin etmək üçün istifadə olunur. Quraqlıq dövründə, Kunenenin dayazlaşması və su axınının bənd tərəfindən tutulması səbəbindən Ruakana bir neçə səpələnmiş axınlara çevrilir və ya tamamilə quruyur. Təxminən dekabrdan iyun ayına qədər davam edən illik mussonlar çay hövzəsini su ilə dolduraraq həm elektrik stansiyasının enerji ilə, həm də şəlaləni bol və gur su ilə dolmasını təmin edir və onu təbii vəziyyətinə geri qaytarır.


Elektrik stansiyasının qorunması zərurəti ilə əlaqədar 2010-cu ildə Ruakana şəlaləsi yaxınlığında şəhər statusu almış eyniadlı “Ruakana qəsəbə”si yaradılmışdır. 


Ruakana şəlaləsi Afrika savannası ilə əhatə olunub, burada kolluqlar üstünlük təşkil edir. Buna baxmayaraq, Kunene çayı bölgəsindəki Namibiyadakı Omusatinin şimal bölgəsi kənd təsərrüfatı üçün ən əlverişli bölgələrdən biri hesab olunur və ölkənin digər bölgələrinə, xüsusən də cənuba nisbətən, burada daha sıx məskunlaşma var.


Ruakana bölgəsinin yerli əhalisi son bir neçə əsrdə Namibiyanın şimalındakı Kunene çayının sahilində yaşamış köçəri Him-Ba xalqıdır. Bu xalqın nümayəndələri tayfa quruluşu şəraitində əcdadlarının qoyduğu həyat tərzinə sadiqdirlər. Buradakı evlər köhnə texnologiya ilə tikilir: taxta çərçivə palçıq və peyin qarışığı ilə örtülmüşdür. Himbanın əsas məşğuliyyəti heyvandarlıqdır. Bu xalq təcrid olunmuş vəziyyətdə yaşayır, gündəlik həyatda sivilizasiyanın faydalarından praktiki olaraq istifadə etmir.