Atalar sözləri

Ana haqqında atalar sözləri

Ana balası üçün canını oda yaxar. 
***
Ana kimi yar olmaz – vətən kimi dövlət-var.
***
Ana uşağaa aş gətirər, analıq yaş.
*** 
Anadan əziz yenə anadır. 
***
Analı qızın özü böyüyər, ansız qızın sözü. 
***
Analı quzu – xınalı quzu. 
***
Anam elə çox bilir, kündəni xırda tökür,

Atam elə az bilir, ikisini birdən bükür.

***
Ananın ərköyün oğlu hambal olar. 
***
Ananın səbri tükənməz olur.
***
Anası çıxan ağacı, balası budaq-budaq gəzər.
***
Anasına bax qızını al, qırağına bax bezini al. 
***
Anasından ayrı düşən quzunu qurd yeyər. 
***
Anasızın gördüyü iş danlaqsız bitməz.