Təbiət

Arktikada Quş Bazarı

Şimal Buzlu okeanda yerləşən Yeni Torpaq adasına səyahət edənlər unikal təbiət fenomenini müşahidə edə bilərlər. Bu fenomen “Quş bazarı” və ya “Quş koloniyası” adlanır.


Quş koloniyası — dəniz quşlarının sahil ərazilərinə yaxın ərazilərdə təşkil etdikləri kütləvi yuvalama ərazisidir. Koloniyalar adətən dənizə dik enən  sıldırım qayalıqlarda yerləşir. Onların digər quş koloniyalarından əsas fərqi tamamilə fərqli növlərdən olan quşların bir-birinə yaxın yerdə yuva qurmasıdır. Belə sıx bir qonşuluq bir sıra üstünlükləri təmin edir: yumurta və cücələrin yırtıcılardan daha az ölümü, çoxalma dövrlərində daha çox sinxronluq və s. Belə yaşayış məntəqələri adətən isti cərəyanların sularının soyuq arktik axarlarla qarşılaşdığı yerlərdə yaranır. Belə “görüş”lərin keçirildiyi yerlərdə həmişə çoxlu mikroskopik bitki və heyvanlar, balıqlar olur... Yəni yem çox olur və buna görə də yuva salmaq üçün çox rahat yerdir.


Dəniz quşları arasında Təmizçilər, Qağayılar, Çovdarçıkimilər, Fırtınaquşukimilər, Qarabatdaq, Ördəklər, Oluşalar və pinqvinlər üstünlük təşkil edir. Onlar əsas sahilə yaxın qayalıqlarda və bəzəndə qumluqlarda yuva qururlar. 


Quş bazarlarını əbəs yerə bazar adlandırmırlar! Burada həyat tam sürətlə davam edir: dişilər yuvalarda aktiv şəkildə səs-küy salır, minlərlə cücələr qayalarda gəzir, erkək quşlar isə qida axtarışında fəal şəkildə iştirak edir. Qayaların hər yerində böyük gurultu yaşanır. Demək olar ki, quş dəstələri insan bazarlarını xatırladır! 


Quş koloniyalarının olduğu ərazilər: Şimal Torpağı, Yeni Sibir adaları, Kuril adaları, Aleut adaları, Kanada Arktik arxipelaqı, Odlu Torpaq, Kamçatka, Kola yarımadası, Qalapaqos adaları. 


Barents dənizi dünyanın ən böyük quş koloniyalarına ev sahibliyi edir. Onlar Kandalakşa qoruğuna aid olan Semiostrovie arxipelaqına aid olan Xarlov və Kuvşin adalarında yerləşir. Bu bazarların əsas əhalisi gilemotlar və qağayılardır.


Azərbaycanda bu tip koloniyaya Gil adasında rast gəlinir. Adada 10 000 baş olan qağayı koloniyası vardır.


İnsanlar koloniyalarda quano (gübrə), quş yumurtası və qiymətli quş lələkləri və tükü toplayırlar. Üstəlik bu ərazilərdə kütləvi şəkildə quş ovlanılır.