Mədəni irsimiz

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi

Molla Pənah Vaqif XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuşdur. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına  memar A.V.Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır.
 
Kompleksin açılışı 1982-ci ilin yanvarında baş tutmuşdur. Kompleks Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilmişdir. Məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilib. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan səksənə yaxın eksponat da sərgilənirdi.
 
Kompleksin inşası dörd ilə yaxın davam etmiş və DQMV-nın erməni rəhbərliyinin maneələrinə baxmayaraq yanvar ayının 14-də açılış mərasimi keçirilmişdir. Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarsa eksponat  məhv edilmiş, aparılması mümkün olanları isə daşınmışdır.