Xanımana Əlibəyli. Parovoz
O, yollarda yaşayır,
Basır onu tüstü, toz.
Bakıdan neft daşıyır
Şəhərlərə parovoz.
Bağırır: puf – puf – puf – puf,
Nə yaman istidir, uf!
Gümüş rəngli buxardır
Onun isti nəfəsi;
Qəribə fiti vardır,
Aləmi basır səsi.
Qışda çöldə yaşayır,-
Var odu, hərarəti,
İftixarla daşıyır
O, qiymətli sərvəti.
10.08.2022