Xanımana Əlibəyli. Atəşböcəyi
Bir gecə, gördüm qumun
Üstündə par – par yanır,
İndi mənim ovcumun
İçində işıqlanır.
Gəzir o baş – bu başa.
Dedim : qutuda yaşa,
Bax, bu da sənin qutun...
Dərərəm sənə tutun
Yamyaşıl yarpağını,
Söndürmə çırağını!
12.08.2022