Atalar sözləri

Matı-mutu qurumaq

Tәәccüblәnmәk, heyrətlənmək, bir söz deyә bilməmәk, quruyub qalmaq


İfadә bəzi türk dillәrindә işlənən «qutu uçmaq» birləşməsindən yaranmışdır. Bir sıra türk dillәrindә «qutu uçmaq» ifadәsi «qorxmaq», «canı çıxmaq – ölmәk» mәnalarında işlәdilir.


Mәnanı qüvvәtlәndirmәk mәqsәdilә «qut» sözünә hәmqafiyә «mat» ünsürü sonradan bu tәrkibә әlavə edilmişdir. Xalq dilinə mәxsus belә әlavәlәr, adәtәn, mәnanı şiddәtlәndirmәk, intensivlik yaratmaq mәqsәdi güdür. Çox müxtәlif vә hәtta omonim mәnalarda işlənәn «qutu qurumaq» ifadəsinin bir mәnası da ruh, can, hәyat qüvvәsi, nәfәs, boğaz demәkdir. Buradan da mәlum olur ki, həmin ifadә əvvəlcə boğazı qurumağı, nitqi batmağı bildirmişdir; məsələn, Molla Pənah Vaqifin bir şeirindә «Qutun qurur, nitqin batar, ağlarsan» deyilir.

 

Müasir dilimizdə bu deyim insanın gördüyü, rast gəldiyi, yaxud eşitdiyi bir şeydən hədsiz dərəcədə heyrətlənməyini, çox təəccüblənməyini ifadə edir.