Atalar sözləri

Qədir ağacı əkmək

Daha çox istehzalı tәrzdə «qәdrini bilmәk, qiymәtlәndirmәk» mənasında işlədilən ifadə


İfadə qədimdən möhkəmlik və uzun ömür rәmzi olan kedr (sidr) ağacının latınca adının (cedrus) [sedrus] təhrifi nəticəsində yaranmışdır. Belә görünə bilәr ki, bu «qәdir ağacı» ifadәsi dә elә «qәdir-qiymәt» anlayışı ilә әlaqәdardır. Lakin tәdqiqatlardan mәlum olur ki, «qәdir ağacı» ifadәsi «kedr ağacı»nın təhrifi ilə düzәlmişdir. Bir sıra türk dillәrindә elә-belәcə kedr/kedir adlanan bu ağac bizim әdәbi dilimizdә sidr ağacı ilә ifadә edilir.

 

Kedr isә latınca «kedrus» sözündәndir. Latın sözünün qәdr/qәdir şәklinә düşmәsi aydındır. Sidr ağacı 40–50 metr hündürlüyә malik hәmişәyaşıl ağacdır. Bu ağacın qiymәtli vә әtirli oduncağı var, ondan mebel düzәldir vә gəmiçilikdә istifadә edirlər. Ağac payızda çiçәk açır, toxumlarının tәrkibindә yağ olduğundan yeyilir. Çox qәdim bitkilәrdәn sayılan vә eroziyaya qarşı xeyirli olan sidr ağacı 500, bәzәn 3000 ilә qәdәr yaşayır. Bütün bu mәziyyәtlәri һәmin ağacın dәyәrini әks etdirir.

 

Şәrq ölkələrindә, nadir hallarda olsa da, tәk-tәk hökmdarların (anadanolma, taxtaçıxma və s.mәrasimlərlә әlaqədar) şәrәfinә kedr/sidr ağacları әkilməsi faktları mәlumdur. Müsәlman әfsanәlәrinә görә, Cәnnәtin әn uca yerində bir sidr ağacı bitir vә onun kölgәsindә möminlәr dincəlirlәr.