Musiqi

Payız mahnısı

Musiqi: Rəşid Şəfəq

Söz: Əjdər Ağayev

 

I

Bulud göydə çoxaldı,

Sərinləşdi havalar.

Quşlar köçdü, boş qaldı,

Budaqlarda yuvalar.

 

 

 

 

II

Ağ tarlalar «Gəl!» — dedi,

Bol məhsulu yığmağa.

Yayıldı şənlik səsi

Hər gün elə, obaya.

 

III

Köçüb getdi durnalar,

Leyləklər, qaranquşlar.

Xəzan oldu çöl, meşə,

Yağdı leysan yağışlar.