Atalar sözləri

Bir əldə iki qarpız tutmaq

Mümkün olmayan işlə məşğul olmaq, eyni vaxtda bir-biri ilə uyuşmayan iki işi görməyə can atmaq 


Xalq arasında kifayət qədər işlək olan bu ifadənin dilimizdə yayılması barədə maraqlı fərziyyə vardır. Prof. M.Adilov dilimizdәki bu frazeoloji ifadəni Rudәkinin beytlərindən birinin dilimizə yanlış tərcüməsi ilə əlaqələndirir. O qeyd edir ki, həmin misrada işlənən «xәrbuzә» (yemiş) sözu dilimizə səһvən «qarpız» kimi tәrcümә olunmuş və sonralar yazıda və şifahi dildə bu şəkildə də geniş yayılmışdır. Müəllifin bu ehtimalını ağlabatan hesab etməklə yanaşı, onu deyək ki, ta qədimdən el arasında xalq yaradıcılığında bostan məhsulları, o cümlədən qarpızla bağlı ifadələr işlədilmişdir.

 

«Başı qarpız kimi partlamaq», «Başın yaxşı başdır, heyif ki, qarpıza işləyir» və s. ifadələr bu qəbildəndir.