Şeirlər
Nuranə Rafailqızı. Nurayın çiçəkləri
Öz əlləriylə
Əkib dibçəyə.
Həvəslə qulluq
Edir çiçəyə.
Evə kim gəlir,
Dəstələyib pay.
Verir hamıya
Balaca Nuray.
Deyir: -Bunlardan
Dünyada təkdi.
Özüm əkmişəm
Ona görə də
belə qəşəngdi!