Faytonçu
Musiqi: Tofiq Quliyev
Söz: Nüsrət Kəsəmənli
Faytonçu asta gedər,
Qulağı səsdə gedər,
Faytonda gedən qızın
Sədası dosta gedər.
Nəqərat:
Eyvana Sona çıxdı,
Bürünüb dona çıxdı.
Sür atını, faytonçu,
Sür atını, faytonçu,
Sənə yollar açıqdır, açıqdır…
Şəhərin yolu daşdı,
Sağı daş, solu daşdı,
Bu şəhəri görənə
Xatirələr yoldaşdı.
Hər daşda bir nağıl var,
Nağılında noğul var.
Asta sür, bu şəhərin
Gül yuxusu dağılar.