Şeirlər

İlyas Tapdıq. Nərgiz

Yazın meһindәn
Әsirdi nәrgiz,
Baһar әtrinә
Gәlirdi һәr iz.


Nәrgizә qoyub
Bәxtәvәr arı,
Salamlayırdı
Körpә baһarı.


Dünәn kirpi dә
Baxmışdı ona,
Qorxmuşdu—kecә
Nәrgizlәr dona:


Erkәn çağıdır
һәlә baһarın,
Ölmәyib gözü
Soyuğun, qarın.

 

 

Gәlib yanından
Dovşan ötmüşdü,
Qoxlayıb onu
Razı getmişdi.


Körpә lәçәklәr
Necә tәr idi.
Nәrgizli baһar
Bәxtәvәr idi.


Yazın bu zәrif

Nәrgiz nübarı
Sevindirmişdi
Qarışqaları.


Nәrgiz günәşdә
Gülümsәyirdi,
Uzun kirpiyi
Yerә dәyirdi.


Necә gözәldi
Baһarın izi—
Yazın utancaq
Çiçәk nәrgizi!


Dünyanı gәzsin
Nәrgizlә baһar,
Harda nәrgiz var—
Orda baһar var.