Nağıllar, hekayələr

Bətül Yağsayan. Öküz və eşşək

Bir gün otlaqda qarşılaşan öküzlə eşşək dost oldular. Gəzə-gəzə bir tarlaya gəlib çıxdılar. İcazəsiz tarlaya girib başladılar iştahla otlamağa. Qarınlarını doyurandan sonra uzanıb yatmaq istədilər.

 

Kefi kökələn eşşək anqırmaq qərarına gəldi. Bunu hiss edən öküz dilləndi:

 

— Eşşək qardaş, nə edirsən? Anqırma. Axı biz bura gizli, icazəsiz girmişik.

 

Amma eşşək öküzün məsləhətini qulaq ardına vurdu:

 

— Öküz qardaş, biz eşşəklər yeyib qarnımızı doyurandan sonra mütləq anqırmalıyıq.

 

Öküz eşşəyini nə qədər dilə tutsa da, xeyri olmadı. Eşşək var səsi ilə anqırmağa başladı.

 

Eşşəyin səsini eşidən tarla sahibi onları yaxaladı. Öküzü yer şumlamaq üçün xışa qoşdu. Eşşəklə isə bütün günü tarladan evə tərəvəz daşıdı. Yorulub əldən düşənədək işləyən öküzlə eşşək axırda arıqlayıb bir sümük, bir dəri qaldılar.

 

Bu hadisədən sonra eşşəyin ağlı başına gəldi. Bir daha öyüd-nəsihətə qulaq asacağına söz verdi.