İbrahim Yusifoğlu. Ay hanı?
Doluxsunub ağlayır,
Akif ovunmaq bilmir.
Yanağına axışan
Göz yaşlarını silmir.
Deyir: - yeyib уеməyі,
İçən kimi çayımı.
Baxdım, göydə tapmadım,
Mən dünənki ayımı.
Kim bu günə salıbdı.
Qarpız boyda ayımı?
Вігсə dilim qalıbdı.
Bilirəm ki, günahkar
O bostançı Nəsibdi.
Ayımı qarpız bilib,
Dilimləyib kəsibdi.