Şeirlər

İbrahim Yusifoğlu. Ay hanı?

Doluxsunub ağlayır,
Akif ovunmaq bilmir.
Yanağına axışan
Göz yaşlarını silmir.


Deyir: - yeyib уеməyі,
İçən kimi çayımı.
Baxdım, göydə tapmadım,
Mən dünənki ayımı.


Kim bu günə salıbdı.
Qarpız boyda ayımı?
Вігсə dilim qalıbdı.

Bilirəm ki, günahkar
O bostançı Nəsibdi.
Ayımı qarpız bilib,
Dilimləyib kəsibdi.