Xəbərlər

Opera və balet teatrı “Zoluşka” operasını tamaşaya hazırlayıb

07.10.2013. Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Leonid Vaynşteynin “Zoluşka” operası nümayiş etdiriləcək.

 

Səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əli Usubov, dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı Ənvər Almaszadədir.

 

Bu əsər opera və balet teatrında ilk dəfə ötən əsrin 80-ci illərində tamaşaya qoyulub. İki hissəli uşaq operası olan “Zoluşka” musiqi baxımından rəngarəng və maraqlıdır. Librettonu müəllifin özü yazıb.