Bu maraqlıdır!

Makdonald gölünün rəngli daşları

Makdonald gölü Montana əyalətində, Fletheddə yerləşir. O, Qleyşer Milli Parkının ən böyük gölüdür. Göl 16 km uzunluğunda, 1.6 km enində və 130 m dərinliyindədir. Gölün səthinin sahəsi 27.6 km2-dir.


Möhtəşəm gözəlliyi olması ilə bərabər, onu digər göllərdən fərqləndirən gölün dibi və sahilidir. Qəribə, qeyri-adi rəngi olan daşlar gölün ətrafına yayılmışdır. Bu rəngarəng görkəm ancaq Makdonald gölündə var.

Qırmızı, sarı, yaşıl və hətta mavi rəngli daşlar bir-birinə qarışmışdır. Düzdür, parkdakı digər göllərdə də bu rəngli daşlara rast gəlinir ancaq onların heç birində daşlar Makdonaldda olduğu qədər çox və rəngarəng deyil.


Lap əvvəllər burada milyon illər boyunca şəkillənərək yaranmış qayalar olub. Buz dövründə isə həmin bağlamış qayalar ovularaq xırda daşlara çevrilmişdir. Rəngli daşlar buzlaq axını ilə birlikdə vadiyə gəlmişdir. 

 

Gölün suyu çox təmizdir. Onun təmizliyi temperaturunun 10 dərəcədən aşağı düşməməsi ilə bağlıdır.  Bu temperatur səbəbindən göldə planktonlar yoxdur. Ancaq çoxlu farel və qızılbalıq vardır.