Nağıllar, hekayələr

Adonis əfsanəsi

Adonis əfsanəsi gözəl bir çiçək ilə əlaqələndirilir.


Yunan mifologiyasına görə, bitki Kipr padşahının - gözəllik tanrıçası Afrodita aşiq olduğu yaraşıqlı Adonisin adını daşıyır. Adonis qəzəbli vəhşi heyvanları ovlamağı sevirdi. Afrodita da Adonisə qoşulub bəzən ova çıxırdı. Hər dəfə Afrodita Adonisə ehtiyatlı olmağı tapşırırdı. O, Adonisi itirməkdən çox qorxurdu.


Bir gün Adonis özü tək yenə ova çıxdı. O, vəhşi qabanla rastlaşdı və onu tutmaq istəyəndə heyvan Adonisə hücum edərək yerindəcə öldürdü.


Afrodita bunu eşidəndə dəhşətli kədər yaşadı. Ağlaya-ağlaya meşəyə onu basdırmağa getdi. Afroditanın göz yaşı tökülən hər yerdə çiçəklər açdı.


Bunu eşidən Zevs təəssüfləndi və yeraltı krallığın tanrısı Hadesə Adonisi hər yazda altı ay buraxmasına icazə verdi.


İndi bütün təbiət oyananda, çiçəklənəndə və yaşıllaşanda Adonis dünyaya qayıdır.