Bu maraqlıdır!

Məməlilər dənizdə yaşaya bilərmi?

Bəzi məməlilər bütün həyatını dənizdə keçirir. Dəniz məməlilərinə balinalar, delfinlər və kaşalotlar aiddir.

 

Bu məməlilərin bədəni balıq bədənini xatırladır, onların əl-ayaqları üzgəclərə çevrilib və onların köməyilə çox gözəl üzürlər. Ancaq onlar qəlsəmələr vasitəsilə deyil, ağciyər vasitəsilə nəfəs alırlar, buna görə onlar nəfəs almaq üçün suyun üzünə qalxırlar.

 


Dəniz məməlilərinin dişilərinin məmələri var və onların balaları da başqa məməlilərdəki kimi doğulur.