Atalar sözləri

Kitablar haqqında hikmətli sözlər

Oxumağın təfəkkürə faydası fiziki hərəkətlərin bədənə olan faydasına bərabərdir.
(Cozef Addison)

*****

 

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. 
(Rey Bredberi)

*****

 

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. 
(Frensis Bekon)

*****

 

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.
 (Ernest Heminquey)

*****

 

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.
(Cim Ron)