Atalar sözləri

Ağa ağ deyiblər, qaraya qara.

İlanın ağına da lənət, qarasına da.
*****
Qara günün ağ günü də var.
*****
Pis olmasa, yaxşının qədri bilinməz.
*****
Pis günümdə məni istə, yaxşı gündə istəyənim çox olar.
*****
Cəfa çəkməyən səfa görməz.
*****
Yaman günün ömrü az olar.
*****
Yaman olmasa, yaxşılığın qədri bilinməz.
*****
 Yaman yeyənin olsun, yaman deyənin olmasın.
*****
Yaxşılıq elə ki, başına gəlsin.
*****
Yaxşılıq elə, minnət qoyma.
*****
 Yaxşılıq eləyən, yaxşılıq görər.
*****
 Yaxşılıq eləyib bir şey umursansa, eləməsən yaxşıdır.
*****
Yaxşılıq itməz.
*****
Yaxşıya yaxşı deyərlər, yamana yaman.
*****