Atalar sözləri

"Söz" haqqında atalar sözləri

Acı dilin yarası qılınc yarasından pis olur.
*****
Acı sözü bir batman bal ilə yemək olmaz.
*****
Aşıq gördüyünü çağırar.
*****
Atalar sözü - söz yaraşığı.
*****
Az danış, düz danış.
*****
Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın.
*****
Dünyada ən acı və ən şirin şey dildir.
*****
Hərzə sualın mərzə cavabı olar.
*****
İnsan başqaları ilə az, özü ilə çox danışmalıdır. (Danimarka atalar sözləri)
*****
İstədiyini danışan, istəmədiyini eşidər.
*****
Kar könlündəkini anlayar.
*****
Qılınc yarası sağalar, söz yarası sağalmaz.
*****
Söhbət (söz) danışıqdan keçər.
*****
Söz gümüş olsa, sükut qızıldır.
*****
Söz vermə, verdin - üstündə dur.
*****
Söz vermək asandır, yerinə yetirmək çətin.
*****
Sözlə yox, işlə göstər.
*****
Sözü bal təki şirin, könlü buz təki sərin.
*****
Sözün düzünü zarafata salıb deyərlər.
*****
Sözün düzünü zarafatda deyərlər.
*****
Sözün varsa söz danış, lakin mənə mane olma.
*****
Xəstəni buza, aşığı sözə yollama.