Atalar sözləri

"Var-dövlət" haqqında hikmətli sözlər

Acgöz adam dünyaya sahib olsa da, gözü yenə onda-bundadır. (Balasaqunlu Yusif)
*****
Ancaq ruh taxtdan salınanda pul hakim ola bilər. (Əbu Turxan)
*****
Cəmiyyət o zaman çiçəklənər ki, onun zənginləri maarifpərvər olsun. (Əbu Turxan)
*****
İnsanın ən böyük varı – özünün var olmasıdır. (Əbu Turxan)
*****
İnsanlar adətən malik olduqlarından həzz almaq əvəzinə, malik olmadıqlarından danışırlar. (Vissarion Belinski)
*****
İnsanlar üç cürdür: pulun köləsi olanlar, pulun dostu olanlar və pulun ağası olanlar. (Deyl Karnegi)
*****
Kasıb o kəs deyil ki, onun az şeyi var. 
Kasıb o kəsdir ki, malik olduğundan artıq şey istəyir. (Kiçik Seneka)
*****
Könlü açıq olanların əlləri də açıq olur. (Cəlaləddin Rumi)
*****
Özü qazanmayan var-dövlətin qədrini bilməz. (El hikməti)
*****
Pul da silah kimi ağıllı adamda olanda onu qoruyur, naqis adamda olanda həm özü, həm də ətraf üçün təhlükəyə çevrilir. (Əbu Turxan)
*****
Pul qazanmaq qabiliyyət tələb edirsə, onu düzgün xərcləmək ikiqat qabiliyyət və mədəniyyət tələb edir. (Əbu Turxan)