FOTO

Nəhəng əllər üzərində körpü

Vyetnamın Dananq şəhərindən bir qədər aralıda, Ba Na Hills kurortunda insan əli şəklində hazırlanmış sütunlarla dəstəklənən unikal körpü tikilib.

 

Körpü dəniz səviyyəsindən 1414 metr yüksəklikdə yerləşir və bunun sayəsində inanılmaz gözəllik mənzərələri açılır.

 

“TA Landşaft Arxitektura” şirkəti tərəfindən layihələndirilən qurğunun uzunluğu 150 metrdir. Əsas çərçivə poladdan hazırlanıb, nəhəng əllər isə dekorativ elementdir. Körpü həm də kurorta gələnlərin ziyarət yerinə çevrilib.


O, bölgəyə turist axınında əhəmiyyətli rol oynayır və indidən ölkənin ən diqqətçəkən memarlıq nümunəsi halına gəlib.Körpü “The Golden Bridge” (Qızıl körpü) adlanır və iki nəhəng əlin üzərində qurulub.