Atalar sözləri

Uşaqlar haqqında hikmətli sözlər

Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin.
(Hz.Əli (Ə.S))

Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
(Heydər Əliyev)

Uşağın göz yaşını silməyən onunla birgə ağlar.
(Afrika atalar sözü)

Yer üzərində uşaq qığıltısından təntənəli himn yoxdur.
(V.M.Hüqo)

Döyməklə uşağı yalnız korlamaq olar.
(Aristotel)

Pis övlad altıncı barmaq kimidir, kəsərsən ağrıyar, kəsməzsən eybəcər göstərər.
(Azərbaycan atalar sözü)

Uşaqlar bizim sabahkı hakimlərimizdir, bizim dünyagörüşümüzün, əməllərimizin tənqidçiləridir.
(M.Qorki)

Uşaq üçün hər bir oyun ciddi xarakter daşıyır, çünki o, oynayarkən yaşayır. O yalnız oynayarkən öyrənir, ruhən və cismən böyüyür.
(A.V. Lunaçarski)

Elə düşünməyin ki, siz uşağın tərbiyəsilə yalnız onunla danışarkən və ya öyrədərkən, ya da ona əmr edərkən məşğul olursunuz. Siz onu hər an, hətta evdə olmadığınız vaxtda tərbiyə edirsiniz.
(A.S.Makarenko)