Sevinc Nuruqızı. Günəş
Musiqi: Məryəm Əlibəyli
I
Pəncərədən boylanıb
Günəş baxdı gözümə.
Tez yumdum gözlərimi
Heç baxmadım üzünə.
Nəqərat:
Parlaq günəş, al günəş,
Getmə göydə qal, günəş.
II
Günəş yaman utandı
Qıpqırmızı qızardı.
Getməyə hazırlaşdı
Şəfəqləri azaldı.
Nəqərat:
Parlaq günəş, al günəş,
Getmə göydə qal, günəş.
III
Neyləyim, işığından,
Gözlərim bərk qamaşdı.
Mən gözümü açınca
Günəş səmadan qaçdı.
Nəqərat:
Parlaq günəş, al günəş,
Getmə göydə qal,günəş.
21.01.2022