Atalar sözləri

Kitab olmayan ev, ruhsuz bədən kimidir...

Düşünmədən oxumaq həzm etmədən yeməyə bənzəyir.
(E.Bork, yazıçı, filosof) 

 

Yaxşı yazan müəllifləri oxumaqla yaxşı danışmaq vərdişi qazanırsan. Uşaqlara nəsihət verməkdənsə, kitab oxuyun. Kitab – ödəniş və minnətdarlıq gözləməyən müəllimdir. Onunla hər dəqiqə, sizə müdrikliyin kəşfini verəcəkdir.
(Ə.Nəvai, özbək şairi)

 

Ən faydalı kitablar, düşünməyə məcbur edənlərdir.
(T.Parker, Amerika yazıçısı)

 

Hər şeyi oxumaq lazım deyil, yalnız ruhunda yaranmış suallara cavab verən kitabları oxumaq lazımdır.
(L.N.Tolstoy, rus yazıçısı)

 

Kitab – insanın özünün öz üzərində yüksəlməsinə imkan verir.
(Andre Morua, fransız yazıçısı)

 

Kitab – bizi dolduran, lakin özü boşalmayan qabdır.
(A.Dekursel, fransız yazıçısı)

 

Dünyada ən yaxşı kino zalı beyindir və sən bunu yaxşı kitab oxuyarkən anlayırsan.
(Ridli Skott, ingilis rejissoru və ssenaristi)

 

Kitab olmayan ev, ruhsuz bədən kimidir.
(M.T.Siseron)


Kitab oxumaqdan əl çəkmək, düşünməyi dayandırmaq deməkdir.
(M.F.Dostoyevski, rus yazıçısı)