Şeirlər

Əhməd Cəmil. Vətən

Ey vətən, ana vətən,
Heyranam sənə, vətən! 
Dupduru göllərin var,
Yamyaşıl çöllərin var.
Dağların baş-başadır,
Düzlərin tamaşadır.
Dərələrin dərindir, 
Yaylaqların sərindir, 
Nə gözəldir qucağın,
Doğma odun, ocağın!
Kəndlərin gül-çiçəkdir, 
Şəhərlərin göyçəkdir. 
Sən dünyanın gözüsən, 
Taleyimin özüsən. 
Sevirəm Bayrağını!
Öpürəm torpağını!