Şeirlər

B. Vahabzadə. “Azərbaycan-Türkiyə”

Bir millətik, iki dövlət,
Eyni arzu, eyni niyyət. 
Hər ikisi cümhuriyyət 
- Azərbaycan - Türkiyə. 


Bir ananın iki oğlu, 
Bir ağacın iki qolu, 
O da ulu, bu da ulu 
- Azərbaycan - Türkiyə. 

 

 

Ana yurdda yuva qurdum, 
Ata yurda könül verdim. 
Ana yurdum, ata yurdum 
- Azərbaycan - Türkiyə. 

 

Birdir bizim hər halımız, 
Diləyimiz, amalımız, 
Bayraqlarda hilalımız 
- Azərbaycan - Türkiyə. 

 

Dinimiz bir, dilimiz bir, 
Ayımız bir, ilimiz bir, 
Eşqimiz bir, yurdumuz bir 

- Azərbaycan - Türkiyə.