Şeirlər

M. Faiq. "Qar"

Qar düşür lopa-lopa,
Bulaqların, göllərin
Bağrına hopa-hopa...

Qar gəlir narın-narın,
Bir ağ göyərçin kimi
Qonur üstə yolların...

Qar yağır yığın-yığın,
Qucaqlayır köksünü
Mürgüləyən torpağın...